• cümə axşamı, 28 mart, 13:37
  • Baku Bakı 16°C

“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir

17.08.18 14:15 399
“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir
"Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir.
Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə "Nar” yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası, eləcə də Gəncə şəhəri ilə yanaşı, respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim edib. Belə ki, 2018-ci ilin ilk yeddi ayı ərzində respublikanın 35 bölgə mərkəzində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər.
Mobil operator Bakı, Abşeron və Gəncə istisna olmaqla, bölgə mərkəzlərindəki LTE baza stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırmaqla regionlarda LTE texnologiyasının tətbiqinin genişlənməsini davam etdirir. Yeni baza stansiyalarının istifadəyə verilməsi prosesi Xaçmaz, Quba, Qusar, Lənkəran, Qəbələ, Şəki, Şabran, Salyan, Şirvan, Şəmkir, Mingəçevir və digər bölgə mərkəzlərində daha intensiv surətdə həyata keçirilib. Artıq ölkə ərazisindəki "Nar” abunəçilərinin böyük əksəriyyəti mobil operatorun LTE şəbəkəsinin üstünlüklərindən faydalana bilirlər. Bölgələrdəki "Nar” abunəçiləri mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə edirlər.
"Nar” bölgələrdəki şəbəkəsinin genişləndirilməsi istiqamətindəki işləri davam etdirir. Hazırda genişləndirilmiş "Nar” şəbəkəsi ölkə ərazisinin 93 faizini əhatə edir və 7000-dən çox baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı "nar.az” internet səhifəsindən öyrənmək olar.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edərək, geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
banner

Oxşar Xəbərlər