AZE | RUS | ENG |

“Nar bağı” filmi beynəlxalq festivalda nümayiş olunub

“Nar bağı” filmi beynəlxalq festivalda nümayiş olunub
Azərbaycanlı rejissor İlqar Nəcəfin "Nar bağı” bədii filmi Vyanada "LET´S CEE” beynəlxalq film festivalında nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası və "Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsəri tamaşaçılar və kinematoqrafçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Bu, azərbaycanlı rejissorun "LET´S CEE” festivalında nümayiş olunan ikinci filmidir. 2013-cü ildə festivala onun quruluş verdiyi "Buta” bədii filmi təqdim edilmişdi.

Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Türkiyə və Qafqaz regionunun kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu „LET´S CEE" beynəlxalq film festivalı, eyni zamanda, film istehsalçıları, rejissor və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün mühüm platformadır. Yüzdən çox ekran əsərinin yer aldığı festival öz proqramı və təklif etdiyi filmlərin mövzu zənginliyi ilə qısa zamanda yüksək nüfuz qazana bilib. Təsis olunduğu 2013-cü ildən etibarən bu festival hər il Azərbaycan istehsalı olan bədii, sənədli və qısametrajlı filmləri öz proqramına daxil edir. 2015-ci ildə rejissor Asif Rüstəmovun ekranlaşdırdığı "Nabat” bədii filminin baş qəhrəmanı Nabat rolunun ifaçısı Fatima Motamet-Arya festivalda "Ən yaxşı baş rol ifaçısı” nominasiyası üzrə qalib elan olunmuşdu.

Aprelın 13-də başlayan film festivalı ayın 22-dək davam edəcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176