• cümə axşamı, 28 mart, 16:05
  • Baku Bakı 16°C

“Nar bağı” filmi “Asiya Oskarı” mükafatına namizəddir

11.07.17 11:48 1605
“Nar bağı” filmi “Asiya Oskarı” mükafatına namizəddir
İlqar Nəcəfin "Nar bağı” filmi 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb.

C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasındanAPA-ya verilən məlumata görə, "Asiya Oskarı” adlanan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.

Filmin dünya premyerası bu yaxınlarda Çexiyanın KarlovıVarıBeynəlxalq Film Festivalının "Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. Ekran əsəri Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb. 22-28 iyul tarixlərində Astanada keçiriləcək festivalda İlqar Nəcəf iştirak edəcək.

"Azərbaycanfilm” kinostudiyası və "Buta Film” kino şirkətinin birgə istehsalı olan "Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırır.

Qeyd edək ki, 2011-ci ildə İ.Nəcəf "Buta” filminə görə "Ən yaxşı uşaq filmi” nominasiyasında Asia Pacific Screen Award mükafatı ilə təltif olunub.
banner

Oxşar Xəbərlər