• çərşənbə axşamı, 19 mart, 14:21
  • Baku Bakı 8°C

“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.18 16:16 538
“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib
Hər zaman yenilikləri və maraqlı layihələri ilə seçilən "Nar”ın, abunəçilər və sosial şəbəkə iştifadəçiləri üçün elan etdiyi "Nar”ı nə qədər yaxşı tanıyırsan?” müsabiqəsi yekunlaşıb. Oktyabrın 10-12-də internet üzərindən keçirilən müsabiqədə iştirak edənlərin hamısı mobil operator tərəfindən pulsuz danışıq dəqiqələri qazanıblar.
https://www.nar.az/nar-questions.htmlsəhifəsində keçirilmiş müsabiqədə dörd mindən çox insan iştirak edib. Mobil operator haqqında verilən bütün suallara düzgün cavab verən 50-dən çox insan 250 şəbəkədaxili, yarışda iştirak edib nömrəsini qeyd edən 3400-dən çox istifadəçi isə 50 şəbəkədaxili dəqiqə qazanıb. "Nar”ın sosial şəbəkə hesablarında keçirilmiş müsabiqədə suallar mobil operatorun məhsulları, kampaniyaları, xidmətləri, korporativ sosial layihələri (KSM) və sponsorluq fəaliyyəti haqqında olub.
"Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
banner

Oxşar Xəbərlər