• cümə axşamı, 25 aprel, 05:14
  • Baku Bakı 19°C

Naqif Həmzəyev: TANAP-ın işə düşməsi sürətli iqtisadi inkişaf deməkdir

02.12.19 13:06 356
Naqif Həmzəyev: TANAP-ın işə düşməsi sürətli iqtisadi inkişaf deməkdir
Deputat: "Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin iqtisadi müstəvidə daha da dərinləşməsi hər iki qardaş ölkənin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək"
"Azərbaycan iqtisadiyyatı bu gün özünün inkişaf mərhələsini yaşayır.Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması sürətli iqtisadi inkişafa zəmin yaradıb.Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənbir sıra beynəlxalq layihələr başa çatıb və ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb".
Bu barədə Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev "Kaspi" qəzetinə açıqlamasında bildirib.
O qeyd edib ki, "Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində onun mühüm seqmenti olanTANAP – Trans-Anadolu qaz boru kəməri layihəsininbaşa çatdırılması,noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin istifadəyə verilməsi təkcəAzərbaycan və Türkiyə üçün deyil, ümumilikdəAvrasiya qitəsi üçünmühümtarixihadisəyə çevrildi: "Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsulu olanlayihəninTürkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməsi hər iki qardaş ölkənin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək.TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Prezident İlham Əliyev vurğulayıb ki, bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır."Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərinin istifadəyə verilməsindən sonra dörd il əvvəl təməli qoyulan nəhəng layihənin - TANAP-ın tam istifadəyə verilməsi, TAP xətti ilə birləşməsidünya ictimaiyyətinin diqqətini Qafqaz bölgəsinə, o cümlədən Xəzər hövzəsinə yönəltdi.Trans-Anadolu təbii qaz boru kəməri və "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşməsindən yaranan xətt Azərbaycan qazını Yunanıstan, Albaniya və Adriatik dənizini keçərək İtaliyaya çatmasını təmin edəcək. TANAP-ın işə düşməsi həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı olacaq".
Alpər TURAN
banner

Oxşar Xəbərlər