• çərşənbə axşamı, 23 aprel, 13:53
  • Baku Bakı 24°C

Naqif Həmzəyev : Rusiya aviaşirkətinin Gəncəyə uçuşlara başlaması təqdirəlayiqdir

06.10.18 12:27 419
Naqif Həmzəyev : Rusiya aviaşirkətinin Gəncəyə uçuşlara başlaması təqdirəlayiqdir
Rusiya aviaşirkətinin Gəncəyə uçuşlara başlaması çox təqdirəlayiq hadisədir.
Bunu millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, aviareys Rusiyada yaşayan soydaşlarımızın birbaşa Gəncə şəhərinə uça bilmələri üçün onların rahatlıqlarına xidmət edir və iqtisadi cəhətdəndə xeyirlidi.
Naqif Həmzəyev Rusiya aviaşirkətinin Gəncəyə aviareysləri Gəncə Beynəlxalq Hava Limanının potensialının maksimum istifadəsinə xidmət etməklə yanaşı Gəncə və Azərbaycanın Qərb bölgəsində turizmin inkişafına öz töhvəsini verəcəyini qeyd edib.O, bildirib ki, növbəti ildən Gəncə-İstanbul-Gəncə uçuşlarının sayının artırılması və Türk turistlərinin Gəncəyə gəlmələrinin təşviq edilməsi üçün planlı işlərin həyata keçirilməsi də məni çox sevindirir.
2019- cu ildə Gəncə "Avropa idman şəhəri" adına laiq görüldüyünü, bununla əlaqədar Nizami yurdunda ilboyu beynəlxalq və yerli tədbirlər keçiriləcəyini, şəhərə gələn turistlətin sayının artacağını vurğulayan millət vəkili aviareyslərin əhəmiyyətini xüsusi ilə qeyd edib.
banner

Oxşar Xəbərlər