• cümə, 19 Aprel, 06:48
  • Baku Bakı 13°C

Naqif Həmzəyev: “Heydər Əliyev kimi gənclərin Vətəni müdafiəyə hazır olması Azərbaycan dövlətinin gücündən xəbər verir”

18.09.18 12:18 481
Naqif Həmzəyev: “Heydər Əliyev kimi gənclərin Vətəni müdafiəyə hazır olması Azərbaycan dövlətinin gücündən xəbər verir”
"Azərbaycanda bu gün sağlam əhval-ruhiyyə, ictimai-siyasi sabitlik şəraitində əldə olunan ən böyük nailiyyətlərdən biri də Vətəninə, dövlətinə, xalqına son dərəcə sədaqətlə bağlı olan gənclərin yetişməsidir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün də cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən prinsipial olaraq davam etdirilən milli təfəkkür fonunda dövlət quruculuğu məhz vətənpərvərlik məfkurəsi ilə əhatə olunur. Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə bu hisslərlə yollanması da məhz bunun bariz nümunəsidir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib. Millət vəkili deyib ki, sentyabrın 16-da Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin N saylı hərbi hissədə Vətənə sədaqət andı içərək hərbi xidmət keçməsi mənsəbindən, peşəsindən, mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlı gəncin daim Vətənə xidmətə hazır olduğunu bir daha sübut etdi. Onun fikrincə, məhz bu, sübut etdi ki, dövlət başçısının dəfələrlə vurğuladığı kimi Vətən qarşısında, xalq qarşısında xidmət zamanı mənsəbindən, vəzifəsindən asılı olmayaraq heç kim arasında fərq qoyulmur.
Deputat N.Həmzəyev qeyd edib ki, təhsildə, ictimai həyatda nümunəviliyi ilə seçilən Heydər Əliyev növbəti dəfə də bir gənc olaraq həmyaşıdlarına nümunə oldu: "Belə gənclərin Vətəni müdafiəyə hazır olması, onlarda vətəndaşlıq mövqeyinin formalaşması Azərbaycan dövlətinin gücündən xəbər verir”.

Xatırladaq ki, sentyabrın 16-da Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində Vətənə sədaqət andı içib. Prezident, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

banner

Oxşar Xəbərlər