• cümə, 29 Mart, 03:41
  • Baku Bakı 7°C

Naqif Həmzəyev “Heç bir qüvvə Azərbaycanın uğurlarına kölgə sala bilməz”

25.05.19 14:00 753
Naqif Həmzəyev “Heç bir qüvvə Azərbaycanın uğurlarına kölgə sala bilməz”
"Azərbaycan bu gün dünyada sabitlik adası, əmin-amanlığın hökm sürdüyü təhlükəsiz ölkə kimi məşhurdur. Dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ölkəmiz inkişaf edib, beynəlxalq aləmdə söz sahibinə çevrilib”.
Bu barədə millət vəkili Naqif Həmzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, ölkəmizdə sabitliyin və təhlükəzsizliyimizin təminatçısı xalq və onun hakimiyyətlə olan monolit birliyidir. Deputatın fikrincə, bu birliyin kökündə xalqın öz Prezidenti İlham Əliyevə olan inamı, etimadı və etibarı dayanır.
Millət vəkili N.Həmzəyev vurğulayıb ki, xalqının sevgisini qazanmağın əsas amili ölkə başçısının məhz xalqın mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir: "Prezident İlham Əliyevin praqmatik siyasi kursu nəticəsində Azərbaycan regionun ən güclü və əhəmiyyətli ölkəsinə, işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə əməkdaşlığın mərkəzi məkanına çevrilib. Həm də bu əməkdaşlıq yalnız sərhəd qonşularımızla məhdudlaşmayıb, Asiyanın və Avropanın bir sıra dövlətlərini də bu əməkdaşlıq müstəvilərinə cəlb etməyə nail olub. Azərbaycan ikitərəfli və çoxtərəfli regional əməkdaşlıq formatlarının əsas hərəkətverici həlqəsi kimi fəal siyasəti ilə diqqət mərkəzində olması, mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının məhz ölkəmizdə keçirilməsi anti-Azərbaycan qüvvələri hərəkətə keçirir. May ayının 29-da Bakıda UEFA Avropa Liqasının final matçının keçiriləcəyi ərəfədə əvvəllər ölkəmizin imicinin üzərinə kölgə salmağa çalışan "Amnesty İnternational” təşkilatını da "fəallaşdırıb”. Bəzi xarici dairələrin əlində sadəcə alət rolunu oynayan bu təşkilat yenə ara qatmağa, ürək bulandırmağa başlayıb. Əslində "Amnesty İnternational”ın fəaliyyəti, onun qərəzli fikirləri bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini və ayrı-ayrı ölkələrlə, o cümlədən Azərbaycanla bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir. Bununla da Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən daurələrin mövqeyini ifadə etmiş olur. Həmin qüvvələr isə hər vəchlə Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin gözündən salmağa, onun nüfuzuna, imicinə zərbə vurmağa çalışanlardır”.
Millət vəkili söyləyib ki, "Amnesty İnternational” təşkilatının arxasında Azərbaycanın beynəlxalq miqyasda getdikcə artan nüfuzuna zərbə vurmaq məqsədi daşıyan ermənu lobbisi və bəzi anti-Azərbaycan dairələr dayanır: "Ancaq bütün bu cəhdlərə rəğmən, heç bir qüvvə ölkəmizin uğuruna, inkişafına, beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz. Əvvəlki beynəlxalq tədbirlər kimi UEFA Avropa Liqasının final matçı da yüksək səviyyədə keçiriləcək. Bu dəfə də ölkəmizə qarşı ləkəyaxma kampaniyası aparanların planları alt-üst olacaq”.
banner

Oxşar Xəbərlər