• cümə axşamı, 28 mart, 16:46
  • Baku Bakı 16°C

Naqif Həmzəyev gənclərə YAP Gəncə şəhər təşkilatının layihələrindən yararlanmağı tövsiyə edib

17.10.19 13:52 466
Naqif Həmzəyev gənclərə YAP Gəncə şəhər təşkilatının layihələrindən yararlanmağı tövsiyə edib
YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə Tibb Kollecinin tələbə-gəncləri ilə görüşüb.
Görüşdə Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, ərazi ilk partiya təşkilatının sədri Kifayət Fəttahi, tələbə və müəllim kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Kollecinin direktoru Mehman Rzayev müstəqil Azərbaycanın keçdiyi inkişaf yola nəzər salıb, ölkə Başcısı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətinin məntiqi nəticəsində ölkəmizi daha firavan gələcək gözlədiyini diqqətə çatdırıb.
Millət vəkil Naqif Həmzəyev Azərbaycan gənclərinin partiyanın müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən danışıb.
Millət vəkili YAP Gəncə şəhər təşkilatının daim gənclərinin maariflənməsi, ictimai-siyasi cəhətdən fəallığının təmin edilməsi üçün yeni layihələr həyata keçirdiyini nəzərə çatdırıb: "YAP Gəncə şəhər təşkilatında tələbə-gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması, onların içtimai-siyasi fəallığının genişləndirilməsi, hərtərəfli biliklərə yiyələnməsi, asudə vaxtının səmərəli təşkili məqsədi ilə dəyirmi masalar, diskussiyalar, işgüzar müzakirələr, debat və treninqlər aparılır. Təlim və Resurs Mərkəzinin, dil kurslarının, hər şənbə günü fəaliyyət göstərən "Cine Club”un fəaliyyəti, gənclərin ictimai fəaliyyətinin onların inkişafında, gələcək arzularını gerçəkləşdirməkdə və perspektivlərini müəyyənləşdirməkdə əsaslı rol oynayır”.
Naqif Həmzəyev gənclərə vətənpərvər, yüksək intellektə malik, geniş dünyagörüşlü gənc nəslin formalaşmasına xidmət edın layihələrdən yararlanmağı gənclərə tövsiyə edib.
Tədbirdə çıxış edən gənclər ölkədə onların yaxşı təhsilə sahib olmaları üçün bütün imkanlar yaradıldığını dilə gətirib, bu diqqət və qayğıya görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Görüşdə gəncləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər