• cümə, 19 Aprel, 04:18
  • Baku Bakı 18°C

Naqif Həmzəyev: “Əhalinin rifahı daha da yaxşılaşacaq”

19.06.19 13:22 481
Naqif Həmzəyev: “Əhalinin rifahı daha da yaxşılaşacaq”
"Ölkə Prezidentindən növbəti inqilabi qərar əhalinin rifah halını daha da yaxşılaşdıracaq”.
Bu barədə "Kaspi" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev deyib.
O qeyd edib ki, son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərə çarpacaq dərəcədə azalıb:"Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərə çarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib.Vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən, ölkə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. 2019-cu ilin ilk aylarından ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib.Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixdə dövlət hökümət idarələrində çalışan dövlət qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq pul təminatının artırılması haqqında imzaladığı bir sıra Sərəncamlar da əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardandır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Xatırladaq ki, Prezident İlham Əliyevin cari il fevralın 8-də imzaladığı Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılıb, bu artım 600 minədək insanı əhatə etmişdi”.
N.Həmzəyev qısa müddət ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasının müsbət nəticələrini də açıqlayıb. O bildirib ki, ölkəmizdə həyata keçirilən iqtisadi və struktur istilahatlar nəticəsində son dövrlər büdcə gəlirlərin artması, maliyyə imkanların genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə daha bir əyani sübutdur:"Bu artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq.Sevindirici haldır ki, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib. Ölkə Prezidentinin humanizmi, daim xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyü zəfərlərə, iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə doğru aparır”.
banner

Oxşar Xəbərlər