• çərşənbə axşamı, 16 aprel, 12:36
  • Baku Bakı 19°C

Naqif Həmzəyev: Dərsliklər xalqımızın mənəviyyatına uyğun olmalıdır

09.09.19 10:08 662
Naqif Həmzəyev: Dərsliklər xalqımızın mənəviyyatına uyğun olmalıdır
"Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından biri də "Təhsil millətin gələcəyidir” sözləridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan təhsil sahəsinə xüsusi qayğı ilə yanaşaraq bildirib ki, "təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Bu barədə "Kaspi" qəzetinə açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. O qeyd edib ki, təhsilin inkişafı, düzgün qurulması hər bir cəmiyyətin taleyüklü məsələsidir. Deputatın fikrincə, başqa sahələrindən fərqli olaraq, təhsildə buraxılan nöqsanların nəticələri ayrı-ayrı fərdlərə deyil, birbaşa cəmiyyətə zərbə vurur: "Gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsinin yolu buradan keçir. Məhz bunun üçün təlim-tərbiyə ilə yanaşı dərsliklər milli məqsədlər, mənafelər əsasında qurulmalıdır. Özəl nəşriyyatlar tərəfindən çap edilən dərs vəsaitləri isə bəzən xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmur. Ali məktəblərə hazırlaşanlar üçün "Azərbaycan tarixi” məlumat kitabının üz qabığının üzlüyünün dizaynının, ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması nə dərəcədə doğrudur? Təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları olduğu halda Ermənistan bayrağını əks etdirən, bir-birinə uymayan, ardıcıl 3 rəngdən istifadə olunması narahatçılıq yaradır”.
Millət vəkili N.Həmzəyev deyib ki aidiyyatı qurumlar bu məsələyə laqeyd qalmamalı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara münasibət bildirməlidirlər.

banner

Oxşar Xəbərlər