• çərşənbə axşamı, 16 aprel, 12:42
  • Baku Bakı 19°C

Naqif Həmzəyev: “Bunlar bəşəriyyət üçün böyük təhlükə mənbəyidir”

11.10.18 14:22 822
Naqif Həmzəyev: “Bunlar bəşəriyyət üçün böyük təhlükə mənbəyidir”
"Biz istismar müddəti bitmiş atom elektrik stansiyalarından istifadəni dayandırmalıyıq, çünki bunlar bəşəriyyət üçün çox böyük təhlükə mənbəyidir".

AzərbaycanınAvropa ŞurasıParlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev qurumun payız sessiyasınınbugünkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünya iki böyük bomba - Xirosima və Naqasaki atom bombalarının törətdiyi təxribatı 1945-ci ildə yaşadı: "Minlərlə günahsız insan həyatını itirdi, minlərlə adam isə ağır yaralandı. Birbaşa və ya dolayısı yolla radiasiyaya yoluxan insanların qazandığı xəstəliklər və deformasiyalar qəzadan sonrakı on illərlə davam etdi. Zamanca yeni baş vermiş olan Fukusima və Çernobl hadisələri bir daha göstərdi ki, bu kimi qəzalar Avropa üçün hansı dərəcədə zərər və fəsadlar törədə bilər".

N.Həmzəyev həmçinin enerjinin də önəmli məsələ olduğunu deyib: "Ona görə də biz daha müasir və inkişaf etmiş texnologiyalı, idarəolunan atom elektrik stansiyası inşa etməliyik.Son illər ərzində dünya ictimaiyyəti digər potensial nüvə təhlükələrini görməzdən gələrək nüvə danışıqlarını yalnızca nəhəng ölkələrlə aparıblar. Balaca ölkələrdəki bu təhlükə bir tək qonşuluqdakı ölkələr üçün deyil, eyni zamanda bütün Avropa ölkələrini də təhlükə qarşısında qoyur".
Millət vəkili deyib ki, bu kiçik və köhnə tikililər heç də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamalıdır: "Nəzərə alsaq ki, biz daima inkişafda olan bir dünyada yaşayırıq, bu halda daha təhlükəsiz və müasir stansiyaların inşası başlıca şərtdir. Bu səbəbdən Türkiyənin Akkuyu bölgəsində inşa olunan atom elektrik stansiyasının müasir texnoloji standartlara cavab verməsi nəzərə alınmalıdır. Biz istismar müddəti bitmiş atom elektrik stansiyalarından istifadəni dayandırmalıyıq, çünki onlar bəşəriyyət üçün çox böyük təhlükə mənbəyidirlər".

"Avropanın nüvə təhlükəsizliyindən danışarkən qeyd etməliyik ki, atom elektik stansiyalarının əməliyyatları zamanı təhlükəsizlik qaydalarına əməl etmədən istismar müddəti bitmiş atom elektrik stansiyalarının istifadəsi su hövzələrinin və transregional çayların radioaktiv çirklənməsinə səbəb ola bilər. Bütün bu proseslər ölkələrimiz arasında lazımsız münaqişələrə və anlaşılmazlıqlara səbəb olur, buna görə də nüvə silahına malik və radioaktiv materialların qanunsuz dövriyyəsi ilə məşğul olan istənilən bir ölkə beynəlxalq aləmi təhlükə qarşısında qoyur.Yekun olaraq nüvə təhlükəsizliyi probleminin həlli və Avropanın rifahı üçün konkret addımlar atılmalıdır! Gəlin Avropanı daha demokratik, məhsuldar və təhlükəsiz yaşayış yeri olaraq qoruyub saxlayaq!", - azərbaycanlı deputat vurğulayıb.

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA)payız sessiyasıişə başlayıb.
Onu da əlavə edək ki, 2017-ci ildə atom enerjisinə qlobal investisiyalar inişilki göstərici ilə müqayisədə 45 faiz azalaraq 17 milyard dollar təşkil edib. Buna dünyada atom elektrik stansiyasından (AES) itmina tendensiyasının artması da səbəb olub. Ötən il dünya energetika sahəsinə investisiyaların ümumi həcmi 1,8 trilyon dollar (2 faiz az) təşkil edib. Planetdə yeni AES-lərin tikintisinə ayrılan sərmayələr isə 70 faiz azalıb.
Bir çox ölkələr 2011-ci ilin yazında Yaponiyada "Fukusuma-1" AES-dəki qəzadan sonra atom enerjisinə etibar etmirlər. Məsələn, Almaniya AES-lərdən tamamilə imtina etmək qərarına gəlib. İsveçrədə referendumun yekununa əsasən yeni stansiyaların inşası qadağan olunub. Fransa atom energetikasından asılılığını azaltmaq niyyətindədir. Oxşar proseslər Asiyada da gedir: Tayvan 2025-ci ilədək AES-lərdən tam imtina edəcək, Cənubi Koreyada isə onların istifadəsinə ciddi məhdudiyyətlər tətbiq olunur.

banner

Oxşar Xəbərlər