Naqif Həmzəyev: “Bunlar bəşəriyyət üçün böyük təhlükə mənbəyidir”
"Biz istismar müddəti
bitmiş atom elektrik stansiyalarından istifadəni dayandırmalıyıq, çünki bunlar
bəşəriyyət üçün çox böyük təhlükə mənbəyidir".
AzərbaycanınAvropa
ŞurasıParlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli
Məclisin deputatı Naqif Həmzəyev qurumun payız sessiyasınınbugünkü
iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünya iki
böyük bomba - Xirosima və Naqasaki atom bombalarının törətdiyi təxribatı
1945-ci ildə yaşadı: "Minlərlə günahsız insan həyatını itirdi, minlərlə
adam isə ağır yaralandı. Birbaşa və ya dolayısı yolla radiasiyaya yoluxan
insanların qazandığı xəstəliklər və deformasiyalar qəzadan sonrakı on illərlə
davam etdi. Zamanca yeni baş vermiş olan Fukusima və Çernobl hadisələri bir
daha göstərdi ki, bu kimi qəzalar Avropa üçün hansı dərəcədə zərər və fəsadlar
törədə bilər".
N.Həmzəyev həmçinin enerjinin də
önəmli məsələ olduğunu deyib: "Ona görə də biz daha müasir və inkişaf
etmiş texnologiyalı, idarəolunan atom elektrik stansiyası inşa etməliyik.Son
illər ərzində dünya ictimaiyyəti digər potensial nüvə təhlükələrini görməzdən gələrək
nüvə danışıqlarını yalnızca nəhəng ölkələrlə aparıblar. Balaca ölkələrdəki bu təhlükə
bir tək qonşuluqdakı ölkələr üçün deyil, eyni zamanda bütün Avropa ölkələrini də
təhlükə qarşısında qoyur".
Millət vəkili deyib ki, bu kiçik və köhnə tikililər heç də
beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamalıdır: "Nəzərə alsaq
ki, biz daima inkişafda olan bir dünyada yaşayırıq, bu halda daha təhlükəsiz və
müasir stansiyaların inşası başlıca şərtdir. Bu səbəbdən Türkiyənin Akkuyu bölgəsində
inşa olunan atom elektrik stansiyasının müasir texnoloji standartlara cavab
verməsi nəzərə alınmalıdır. Biz istismar müddəti bitmiş atom elektrik
stansiyalarından istifadəni dayandırmalıyıq, çünki onlar bəşəriyyət üçün çox
böyük təhlükə mənbəyidirlər".
"Avropanın nüvə təhlükəsizliyindən
danışarkən qeyd etməliyik ki, atom elektik stansiyalarının əməliyyatları zamanı
təhlükəsizlik qaydalarına əməl etmədən istismar müddəti bitmiş atom elektrik
stansiyalarının istifadəsi su hövzələrinin və transregional çayların radioaktiv
çirklənməsinə səbəb ola bilər. Bütün bu proseslər ölkələrimiz arasında lazımsız
münaqişələrə və anlaşılmazlıqlara səbəb olur, buna görə də nüvə silahına malik
və radioaktiv materialların qanunsuz dövriyyəsi ilə məşğul olan istənilən bir
ölkə beynəlxalq aləmi təhlükə qarşısında qoyur.Yekun olaraq nüvə təhlükəsizliyi
probleminin həlli və Avropanın rifahı üçün konkret addımlar atılmalıdır! Gəlin
Avropanı daha demokratik, məhsuldar və təhlükəsiz yaşayış yeri olaraq qoruyub
saxlayaq!", - azərbaycanlı deputat vurğulayıb.
Qeyd edək ki, oktyabrın 8-də
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA)payız
sessiyasıişə başlayıb.
Onu da əlavə edək ki, 2017-ci ildə atom enerjisinə qlobal investisiyalar inişilki göstərici ilə müqayisədə 45 faiz azalaraq 17 milyard dollar təşkil edib. Buna dünyada atom elektrik stansiyasından (AES) itmina tendensiyasının artması da səbəb olub. Ötən il dünya energetika sahəsinə investisiyaların ümumi həcmi 1,8 trilyon dollar (2 faiz az) təşkil edib. Planetdə yeni AES-lərin tikintisinə ayrılan sərmayələr isə 70 faiz azalıb.
Bir çox ölkələr 2011-ci ilin yazında Yaponiyada "Fukusuma-1" AES-dəki qəzadan sonra atom enerjisinə etibar etmirlər. Məsələn, Almaniya AES-lərdən tamamilə imtina etmək qərarına gəlib. İsveçrədə referendumun yekununa əsasən yeni stansiyaların inşası qadağan olunub. Fransa atom energetikasından asılılığını azaltmaq niyyətindədir. Oxşar proseslər Asiyada da gedir: Tayvan 2025-ci ilədək AES-lərdən tam imtina edəcək, Cənubi Koreyada isə onların istifadəsinə ciddi məhdudiyyətlər tətbiq olunur.