• cümə axşamı, 28 mart, 13:06
  • Baku Bakı 16°C

Naqif Həmzəyev: "Azərbaycanda sabitliyin pozulmasını hədəfləyən çağırışları şiddətlə qınayıram"

08.07.18 15:32 873
Naqif Həmzəyev: "Azərbaycanda sabitliyin pozulmasını hədəfləyən çağırışları şiddətlə qınayıram"
"Mən gəncəliyəm və Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə zidd olan, ölkədə hökm sürən sabitliyin pozulmasını hədəfləyən çağırışları şiddətlə qınayıram"
Bu barədə millət vəkili, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib. O qeyd edib ki, bəzi müxalif dairələr nəzarətlərində olan saytlar, habelə sosial şəbəkədəki səhifələr və şəxsi hesablar vasitəsi ilə, Gəncə Şəhər İcra Hakimiyyəti Başcısı Elmar Vəliyevə qarşı həyata keçirilən silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışırlar: "Əfsuslar olsun ki, məqsədi Azərbaycanda şəriət qanunları ilə idarəolunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olan bir şəxsi, Azərbaycan xalqının azadlığı naminə canından keçən igid oğullarla eyniləşdirmək istəyənlər də tapılıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin simasında Azərbaycanın dövlət müstəqiliiyinə tuşlanan silahı tutan əl, əsla "milli qəhrəman”a məxsus ola bilməz! Sui-qəsd törədən bir kəsi, bu Vətən, bu torpaq, bu millət uğrunda son nəfəsinə, qanının son damlasına kimi vuruşan igid oğullarla bir sıraya qoymaq ağlasığmaz və yolverilməzdir!"
Millət vəkili N.Həmzəyev təəssüflə vurğulayıb ki, sosial şəbəkələrdə cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və Respublikada sabitliyi pozmaq əhval-ruhiyyəli statuslar paylaşılır, xüsusi ilə Gəncə camaatının ünvanına çağırışlar edilir. O, vətəndaşlara səsələnərək belə hərəkətə yol verən şəxslərin təxribatına uymamağa çağırıb: "Əziz həmvətənlər! Bura Gəncədir, biz də gəncəliyik! Tarixə nəzər salın. Görəcəksiniz ki, Gəncə hər zaman dövlətçiliyimizin keşiyində durub. Gəncə camaatı heç vaxt mənəvi, vicdani və insani prinsiplərə zidd hərəkətlər etməyiblər! Fəxrlə "Mən gəncəliyəm!” deyə heç bir şəhər sakini: nə yaşlısı, nə cavanı – təxribatlara, çirkin təbliğatlara uymaz! Çünki ağlı başında olan, düşünməyi, təhlil etməyi bacaran hər bir kəs bilir ki, Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə zidd olan çağırışların heç birinin müəllifi gəncəlilər deyil! Bu provokasiyalara uymağı düşünənlər, əmin ola bilərsiniz ki, həmin çağırışları hazırlayanlar vaxt, vədə yetişdikdə qeybə çəkiləcəklər! Azərbaycanda hökm sürən sabitliyi pozmağı hədəfləyən "səxş”lərin təxribatlarına uymayın!"
banner

Oxşar Xəbərlər