AZE | RUS | ENG |

Naqif Həmzəyev: “Avropa Birliyinin layihələrində Azərbaycan gəncləri fəal iştirak edəcəklər" - Fotolar

Naqif Həmzəyev: “Avropa Birliyinin layihələrində Azərbaycan gəncləri fəal iştirak edəcəklər
Azərbaycan Milli Məclisinin Gənclər və İdman komitəsinin üzvü, deputat Naqif Həmzəyev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Portuqaliyanın Kaskais şəhərində səfərdə olublar.

Səfər çərçivəsində Avropa Birliyinin (AB) tədqiqat, elm və innovasiyalar üzrə komitə sədri Karlos Moedas, Kaskay şəhərinin meri Karlos Karreiras və Avropa Gənclər hərəkatının fəal gənc liderləri ilə görüş olub.

Görüş zamanı gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi,təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib. Erasmus + proqramı çərçivəsində icra olunan "Gənclər üçün yaxın olan şəhərlərdə məsləhət mexanizminin işlənməsi" layihəsinə dair hesabat dinlənilib. Gələcəkdə "Avropa Gənclər Paytaxtı şəbəkəsi"nin inkişaf etdirilməsi və gənclər sahəsində birgə layihələrin işlənməsi üçün razılıq əldə olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000