• cümə, 19 Aprel, 21:42
  • Baku Bakı 24°C

Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi

26.09.13 14:32 2436
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
Xəbər verdiyimiz kimi Namiq Qaraçuxurlu ilə aktrisa Mehriban Xanlarova arasında xoşəğəlməz olaylar yaşanıb.
“Qafqazinfo” Klipler.tv-yə istinadən xəbər verir ki, dünən bununla bağlı ATV kanalında yayımlanan "Ümid var" verilişində də qalmaqal baş verib və aktrisa studiyanı tərk edib. Redaksiyamıza bu gün hadisə ilə bağlı yeni məlumat daxil olub. Məlumatda deyilir ki, bu hadisədən sonra Namiq Qaraçuxurlunun səhhəti pisləşib və onu xəstəxanaya aparıblar.
Əldə etdiyimiz məlumata görə, Namiq Qaraçuxurlu Bakıdakı "Baku Medical Plaza" tibb mərkəzinə aparılıb. Onun bu olaylara görə əsəbiləşdiyi və əsəblərinin pozulduğu bildirilir.
Mövzu ilə bağlı rəsmi açıqlama verilməsə də, "Baku Medical Plaza"dakı mənbə Kliplər.tv-yə N.Qaraçuxurlunun dünənki verilişdən sonra xəstəxanaya müraciət etdiyini təsdiqləyib.
banner

Oxşar Xəbərlər