• cümə, 26 Aprel, 01:01
  • Baku Bakı 16°C

Namiq Qaraçuxurlu kimlərin bostanını daşladı?

24.12.13 18:04 1520
Namiq Qaraçuxurlu kimlərin bostanını daşladı?
Publika.az xəbər verir ki, meyxana ifaçısı Namiq Qaraçuxurlu bəzi müğənnilərin ünvanına atmaca atıb.
Meyxanaçı reklam xətrinə hər yola əl atan şou-biznes nümayəndələri haqqında belə deyir:
“Türkiyədən müğənni gətirirsən, yanında görsənirsən və maqazin proqramları da səni çəkir. Və sən də göründüyü kimi iş görürsən. Acgözlük edilir. Mən gənc müğənniləri başa düşürəm. Çünki onlara tanınmaq lazımdı. Burada tanınmış və ulduz olmuş müğənnilərdən söhbət gedir.
Bizim sənətçilər hansısa türk müğənnisinin qılığına girib, Bakıya gətirirlər. Biraz Bulvarda o baş-bu başa yanlarında gəzdirirlər. Sonra da toylarının qiymətini qaldırırlar. Tutaq ki, Kənan Doğulu konsert vermək üçün gəlir. Mən də təşkilatçını axtarıram, tapıram. Xahiş edirəm ki, gələn müğənninin yanında gəzim. Bir-iki şəkil çəkdirib, müsahibə verirlər və yaradıcılıq bununla bitir”.
banner

Oxşar Xəbərlər