• şənbə, 20 Aprel, 03:09
  • Baku Bakı 15°C

Naməlum maşının vurduğu 9 yaşlı məktəbli ölüb

01.06.13 09:26 1346
Naməlum maşının vurduğu 9 yaşlı məktəbli ölüb
Ötən gün axşam saatlarında Qusar rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 9 yaşlı Qusar rayonu Zindan Muruq kənd sakini Balayev Elçin Elxan oğlunu Qusar – Ləzə yolunda maşın vurub. Xəsarət alan azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya verilən məlumata görə, həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. E. Balayev əməliyyat zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər