• cümə, 19 Aprel, 16:11
  • Baku Bakı 25°C

Nalçikdə Şimali Qafqazın “Kunaki” festivalı keçiriləcək

04.09.19 14:45 1287
Nalçikdə Şimali Qafqazın “Kunaki” festivalı keçiriləcək
Oktyabrın 5-dən 9-dək Rusiyanın Nalçik şəhərində Şimali Qafqazın "Kunaki” adlı kino və televiziya festivalı keçiriləcək. Festivala 400-dən çox insanın qatılacağı gözlənilir.
AZƏRTACTASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri festivalın direktoru İlyas Boqatıryov deyib.
"Kunaki” festivalı bu dəfə onun yaradıcısı, mədəniyyətşünas və jurnalist Sulieta Kusovaya həsr olunacaq. Bu festival 13-cü dəfədir ki, Nalçikdə reallaşır. Sulieta sağlığında bu şəhərin yerli televiziyasında işləmiş, mədəniyyət, tarix və etnoqrafiya verilişlərinin müəllifi olmuşdur”, - deyə İ.Boqatıryov əlavə edib.
Qeyd edək ki, müsabiqədə 57 ekran əsəri nümayiş ediləcək. Onlar arasında yerli rejissorlar Anzor Emkujevin "Günahsızdır” və Məhəmməd Kumıkovun "Minqi tau” simfoniyası əsasında çəkdikləri filmləri də vardır.
banner

Oxşar Xəbərlər