• cümə axşamı, 28 mart, 18:14
  • Baku Bakı 13°C

Nalbandyan Lavrovla görüşdü

27.05.13 13:00 1393
Nalbandyan Lavrovla görüşdü
Bişkekdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü keçirilib.
APA-nın Rusiya XİN mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Tərəflər ikitərəfli münasibətlərin və beynəlxalq gündəmin aktual mövzularını müzakirə ediblər. Görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik və stabilliyin qorunması məsələsi də müzakirə olunub.
banner

Oxşar Xəbərlər