AZE | RUS | ENG |

Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır

Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır
”2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənistan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılıb”.
 
Bunu APA-ya Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
H. Hacıyev bildirib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi: "Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim. Həm də artıq Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır”.

Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin sözçüsü Tiqran Balayan Ermənistanın həmsədr ölkələrin təklifləri əsasında ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə sadiq qaldığını bildirib: "Bunun üçün  2016-cı ilin aprel hadisələrindən sonra əldə edilmiş razılaşmaları həyata keçirmək lazımdır”. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202