• cümə, 19 Aprel, 13:45
  • Baku Bakı 25°C

Nalbandyan beynəlxalq konfransda ifşa olundu

12.11.13 10:29 1505
Nalbandyan beynəlxalq konfransda ifşa olundu
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan UNESCO-nun Baş Konfransının 37-ci sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələrdə ənənəvi olaraq yalan və böhtana əsaslanan çıxış edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov cavab hüququndan istifadə edərək, Ermənistan nazirinin səsləndirdiyi əsassız ittihamların iftira və yalan olduğunu dəlil və faktlarla cavablandırıb.
Ermənistanın öz ərazisindən köklü Azərbaycan əhalisinin etnik təmizləmə siyasəti nəticəsində qovulduğu, Ermənistanın mono-etnik bir ölkəyə çevrildiyi və bu ölkənin keçmiş prezidenti Robert Köçəryanın azərbaycanlılar və ermənilərin etnik uyğunsuzluğu kimi qatı irqçi iddia ilə çıxış etdiyi xatırladılaraq, bu kimi əməlləri törədən Ermənistanın bu mötəbər təşkilatın podiumundan mədəni müxtəliflik, tolerantlıq və dialoq haqqında danışmağa mənəvi haqqının olmadığı vurğulanıb.
Ermənistanın Azərbaycanın ərazilərini işğal edərək, bu ərazilərdə də etnik təmizləmə siyasətini davam etdirdiyini qeyd edən Azərbaycan nümayəndəsi Ermənistan və işğal edilmiş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni və dini irsinin kütləvi məhvə və saxtakarlığa məruz qaldığını və Ermənistanın tarix boyu bu ərazilərin köklü sakinləri olmuş azərbaycanlıların Ermənistanın öz ərazisindən və işğal olunmuş ərazilərdən izinin tam silinməsi siyasəti yürütdüyünü diqqətə çatdırıb.
Anar Kərimov Edvard Nalbandyanın əsassız ittiham və böhtan dolu və millətlərarası ədavətə və düşmənçiliyə təhrik edən çıxışının UNESCO-nun əsasını təşkil edən sülh, tolerantlıq, dialoq və qarşılıqlı anlaşma dəyərləri ilə ziddiyyət təşkil etdiyini bildirib.
banner

Oxşar Xəbərlər