• cümə axşamı, 25 aprel, 05:33
  • Baku Bakı 19°C

Nailə Əsgərzadə Rusiyanın nüfuzlu mükafatı qazanıb

04.10.18 09:30 1093
Nailə Əsgərzadə Rusiyanın nüfuzlu mükafatı qazanıb
"Praym-taymın əyləncəli tok-şou”su nominasiyasında mükafat "Saranxe” proqramına verilib.
Trend-in məlumatına görə, əslən azərbaycanlı olan telejurnalist Nailə Əsgərzadə "Bizim proqramın 3 yaşı var. Biz verilişə başlayanda düşünmürdük ki, bu qədər çətin olacaq. Ən çətini qəhrəmanlar tapmaq idi. Çünki onlar biznes, siyasət və digər sahələrin tanınan simalarıdır”, - deyə bildirib.
N.Əsgər-zadə əlavə edib ki, qəhrəmanlar qeyri-adi vəziyyətlərə düşürdülər:"Onlar bizimlə ölkənin ucqar nöqtələrinə getməli, mədənlərə enməli, at çapmalı, musiqi alətlərində ifa etməli və bəzən bir neçə dubl çəkilməli olurdular. Onlar göstəriş verməyə öyrəşiblər, bizdə isə göstərişi rejissor verir”.
Qeyd edək ki, TEFİ televiziya sahəsində uğurlara görə Rusiyada verilən mükafatdır.
Xatırladaq ki, TEFİ telemükafatı 21 dekabr 1994-cü ildə "Rusiya Televiziyası Akademiyası” tərəfindən təsis edilib. 2014-cü ildən mükafatın təşkilatçısı Sənaye Televiziya Mükafatları Komitəsidir. Qaliblər Ernst Neizvestnının bürünc "Orfey”i mükafatı ilə təltif olunurlar.
banner

Oxşar Xəbərlər