Nailə Dəniz millət vəkilinin sözlərinə mahnı oxudu
İfaçı Nailə Dəniz tanınmış
bəstəkar Sevinc Tofiqqızının bəstələdiyi "Söylə” mahnısını ifa edib. Sözləri millət vəkili
Qənirə Paşayevaya məxsus mahnı tamaşaçılara təqdim edilib.
"Kaspi”nin suallarını canlandıran
Nailə Dəniz bu mahnın ona uğur gətirəcəyinə inanır: "Bu mahnını sevilən və
tanınmış bəstəkarımız Sevinc Tofiqqızı mənə hədiyyə etdi. O hər zaman gənc ifaçılara dəstək olur. Bunun
üçün ona minnətdarlığımı bildirirəm. "Söylə” mahnısının sözlərini və musiqisini
çox bəyəndim. Ümid edirəm ki, tamaşaçıların da zövqüncə olacaq. Yaxın
zamanlarda mahnıya klip çəkdirməyi də düşünürəm”.
Mahnını aşağıdakı linkdən dinləyə bilərsiniz: