AZE | RUS | ENG |

Nail Çələbi: "İndi Türkiyə Birliyi dövrüdür”

Nail Çələbi:
"Dünya hazırda, istiqlal savaşında olduğu kimi Türkiyənin və türklərin qarşısında dayanıb”. Azadinform xəbər verir ki, bunu Türk Dünyası Parlamentlər İttifaqının sədri Nail Çələbi bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Türkiyənin terror və terrora dəstək verən ölkələrə qarşı tək başına mübarizə edir.
Türkiyənin Afrində başlatdığı "Zeytin Budağı” əməliyyatında sonuna qədər haqlı olduğunu vurğulayan Çələbi, ölkəsinin təklənməyə çalışıldığını vurğuladı.
 Çələbi, "Artıq Avropa Birliyi bənzəri Bir Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı Türkiyə bu qədər yalnız olmaz, dayanacaq bir gücümüz olardı." deyə bildirib.
N.Çələbi, dövlətin və ölkənin həmişə birliyə və həmrəyliyə çalışdıqlarını izah edərək bildirib ki, "İndi Türkiyə Birliyi dövrüdür və bunun üçün bütün gücümüzlə işləyəcəyik".
O, Qeyri-Hökumət Təşkilatlarının Türk dünyasının birliyi və həmrəyliyi üçün son dərəcə əhəmiyyətli olduğunu izah edib: "Türk dünyasının millət vəkilləri, jurnalistlər, iş adamları, idarəçilərilə,  və QHT-lərlə əl-ələ verərək Türk dünyasının birliyi üçün çalışacağıq.
 Bu çərçivədə Çələbi türk jurnalistlərindən də dəstək istəyib.
 
Fidan Afər
Ankara



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000