"Dünya hazırda, istiqlal savaşında olduğu kimi Türkiyənin və
türklərin qarşısında dayanıb”. Azadinform xəbər verir ki, bunu Türk Dünyası
Parlamentlər İttifaqının sədri Nail Çələbi bu gün keçirdiyi mətbuat konfransında
deyib. O qeyd edib ki, Türkiyənin terror və terrora dəstək verən ölkələrə qarşı
tək başına mübarizə edir.
Türkiyənin Afrində başlatdığı "Zeytin Budağı” əməliyyatında sonuna
qədər haqlı olduğunu vurğulayan Çələbi, ölkəsinin təklənməyə çalışıldığını
vurğuladı.
Çələbi, "Artıq Avropa
Birliyi bənzəri Bir Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı
Türkiyə bu qədər yalnız olmaz, dayanacaq bir gücümüz olardı." deyə
bildirib.
N.Çələbi, dövlətin və ölkənin həmişə birliyə və həmrəyliyə çalışdıqlarını
izah edərək bildirib ki, "İndi Türkiyə Birliyi dövrüdür və bunun üçün
bütün gücümüzlə işləyəcəyik".
O, Qeyri-Hökumət Təşkilatlarının Türk dünyasının birliyi və
həmrəyliyi üçün son dərəcə əhəmiyyətli olduğunu izah edib: "Türk
dünyasının millət vəkilləri, jurnalistlər, iş adamları, idarəçilərilə, və QHT-lərlə əl-ələ verərək Türk dünyasının
birliyi üçün çalışacağıq.
Bu çərçivədə Çələbi türk
jurnalistlərindən də dəstək istəyib.