• çərşənbə axşamı, 19 mart, 12:26
  • Baku Bakı 8°C

Nahid Abbaszadənin “El” filmi Türkiyədə xüsusi mükafata layiq görüldü

19.01.18 16:12 2442
Nahid Abbaszadənin “El” filmi Türkiyədə xüsusi mükafata layiq görüldü
Yanvarın 17-də Türkiyədə Sabancı Vəqfi tərəfindən keçirilən 2-ci "Qısa filmin uzun təsiri” adlı film yarışması keçirildi. Müsabiqədə 395 filmin mübarizə aparırdı. Yarışmada Azərbaycanlı rejissor və eyni zamanda aktyor olan Nahid Abbaszadə "El” adlanan filmi ilə finala vəsiqə qazandı. Final gecəsində isə 15 film arasında yer alan "El” filmi xüsusi mükafata layiq görüldü.
"Kaspi”-yə təəssüratlarını bölüşən Nahid Abbaszadə bildirdi ki, onun mükafatını Nuri Bilge Ceylanın çəkdiyi filmlərin prodüseri olan Zeynep Atakan təqdim etdi: "Sözün düzü bir azərbaycanlı olaraq belə dəyərli bir müsabiqədə yer tutmaq və mükafata layiq görülmək məni qürurlandırdı. 2 ildir ki, Türkiyədə yaşayıram və bu 2 il ərzində dayanmadan çalışıram. Addım-addım hədəfimə doğru irəliləyirəm. İnşallah Allah utandırmaz. Aldığım mükafat bütün gənclərimizə stimul olar. Burdan öz güclərinə nəsə əldə etməyə çalışan gənclərə səslənirəm ki, "Heç vaxt həvəsdən düşməsinlər”. Burada təkcə film sahəsində deyil, eyni zamanda teatrda maraqlı tamaşalarla çıxışlarımız olur”.

Qeyd edək ki, film yarışmasında münsiflər heyətində Türkiyənin tanınmış aktrisası Bergüzar Korel, rejissor Gürcan Keltek, və eləcə də tanınmış xarici rejissorlardan Antonio Saura, Ai Weiwel, Calin Peter Netzer iştirak edirdi.





banner

Oxşar Xəbərlər