• çərşənbə axşamı, 16 aprel, 12:37
  • Baku Bakı 19°C

Naftalan Şəhər Mərkəzi Xəstəxanası istifadəyə verilib

05.06.18 15:23 1021
Naftalan Şəhər Mərkəzi Xəstəxanası istifadəyə verilib
Prezidentİlham Əliyeviyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziriOqtay Şirəliyevprezidentə tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada cərrahiyyə, doğum bloku, doğumdan sonrakı fizioloji və hamiləliyin patologiyası şöbələri yaradılıb. Bu müəssisəsinin laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz olunub. Bu da laborator müayinələri yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə aparmağa imkan verir. Burada, eyni zamanda, şüa diaqnostika, qəbul, inzibati, poliklinika, reanimasiya, intensiv terapiya şöbələri fəaliyyət göstərəcək. Əməliyyat bloku da müasir tibbi avadanlıqla təmin edilib. Xəstəxananın bütün şöbələrində ən müasir tibb avadanlıqları quraşdırılıb.
Xəstəxana binası ilə tanıqlıqdan sonra prezidentİlham Əliyevşəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər