• cümə, 29 Mart, 04:33
  • Baku Bakı 7°C

Nadir Qafarzadədən yeni mahnı

18.09.13 16:56 1707
Nadir Qafarzadədən yeni mahnı
Milli.Az-ın məlumatına görə, ifaçı sentyabrın 13-də "Yaşıl Teatr"da verdiyi solo konsertində eksklüziv ifa etdiyi qədim türk mahnısı “Nasıl geçti habersiz”i yeni aranjmanda yazdıraraq, repertuarına daxil edib.
Kompozisiyaya yeni nəfəs qatan ifaçı mahnını artıq bu gündən Youtube kanalında dinləyicilərin ixtiyarına verib. Mahnının radio dalğalarında da eşidiləcəyi nəzərdə tutulub.
İfaçı “Nasıl geçti habersiz” mahnısının onun ifasında daha da seviləcəyinə əmin olduğunu deyib. Qeyd edək ki, “Nasıl geçti habersiz” adlı qədim türk mahnısını Türkiyənin bir çox tanınmış sənətçiləri - Belkis Özener, Emel Sayın, Zeki Müren, Muazzez Ersoy, Hakan Pekər və başqaları ifa ediblər.
banner

Oxşar Xəbərlər