• cümə axşamı, 28 mart, 17:11
  • Baku Bakı 16°C

Nadir Qafarzadədən şok xəbər - video

17.12.13 10:13 1646
Nadir Qafarzadədən şok xəbər - video
“Az sayda adam bilir ki, mənim bir neçə gün öncə yeni körpəm dünyaya gəlib”- bu sözləri “Kaspi”yə açıqlamasında müğənni Nadir Qafarzadə söz və musiqisi Tural Bayrəməliyevə məxsus olan “Xainsən” adlı mahnısını təqdim edərkən deyib:
“Bəlkə də bir çoxları mənim bu fikrimə qeyri adi yanaşacaq. Amma qoy hər kəs bilsin ki, ifa etdiyim mahnılar mənim övladımdır. Çünki, mən bir mahnını ifa etmədən öncə ilk əvvəl ona qulaq asmalı, doğma bilməli, daha sonra oxumalıyam. Bütün mahnılarım mənim övladım sayılır. Bir neçə gün öncə isə yeni körpəm dünyaya gəlib. Bu mənim “Xainsən” adlı mahnımdır. Mahnı çox ürəyimə yatıb. Çünki, burda həm lirika, həm də əhval ruhiyə var.
Nadir Qafarzadə yaradıcılığı ilə bağlı yeniliklərindən da danışdı: “Bildiyiniz kimi mən daim unudulmaz bəstəkarlarımızın sevilən əsərlərinə müraciət etməklə yanaşı, gənc bəstəkarlarımızdan da oxuyuram. Bu ay bir neçə mahnı təqdim etməklə yanaşı, xalq artisti Zeynəb Xanlarovanın repertuarından olan “Ağlama Sevda” və bir neçə mahnımı dinləyicilərin ixtiyarına verdim. Yeni mahnımın da seviləcəyinə inanıram”.
banner

Oxşar Xəbərlər