• şənbə, 20 Aprel, 08:26
  • Baku Bakı 14°C

Nadir Qafarzadə: “Paltarımdan kimdəsə olsa, zibilliyə ataram“

03.12.13 13:11 1180
Nadir Qafarzadə: “Paltarımdan kimdəsə olsa, zibilliyə ataram“
Müğənni Nadir Qafarzadə şou-biznesdə fərqlənmək istəyir
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi “Şou +” verilişinə açıqlamasında geyindiyi libasların, taxdığı aksessuarların Azərbaycanda təkcə ona məxsus olduğunu iddia edib:
“Mən bir prinsiplə yaşayıram: hər zaman fərqlənməliyəm. Əgər mənim saatımdan, üzüyümdən, geyindiyim libasdan kimdəsə olsa, onun dəyərinə baxmadan, zibilliyə ataram”.
Nadir onun “Maral” mahnısını ələ salan Əli Mirəliyevə də cavab verib:
“Əli Mirəliyev böyüyümdür. Necə istəyir, desin. “Maral” sözünü demiş mahnıdır. Təkcə mahnı yox, Nadirin arxasınca bu həyatda nə "marallar" qaçıb... Məni görmək üçün nələr etməyə razılaşan “marallar” olub”.
banner

Oxşar Xəbərlər