• cümə, 29 Mart, 06:39
  • Baku Bakı 5°C

Nadir Qafarzadə oğurluq ittihamı ilə məhkəməyə verilir

30.08.13 16:05 1673
Nadir Qafarzadə oğurluq ittihamı ilə məhkəməyə verilir
Nadir Qafarzadə ilə Ayanın ifa etdiyi “Sənin üçün” mahnısının müəllifi müğənniləri oğurluqda ittiham etdi.
“Qafqazinfo”nun məlumatına görə, mahnının müəllifi meyxanaçı Samir Vida müğənnilərin bu mahnını ondan icazəsiz oxuduqlarını, buna görə də onları məhkəməyə verəcəyini bildirib:
“Həmin mahnını məndən Türkiyədə böyük bir şirkət almaq istəyir. Hətta müqavilə də imzalanıb mənə göndərilib. Lakin müğənnilər hörmətsizlik edib mahnını özbaşına oxuyublar. Ona görə onları məhkəməyə verəcəm”.
Nadir Qafarzadənin mətbuat katibi meyxanaçının ittihamlarının əsassız olduğunu bildirib.
banner

Oxşar Xəbərlər