AZE | RUS | ENG |

Nadir Qafarzadə: “Kaş ora getməyəydim...”

Nadir Qafarzadə: “Kaş ora getməyəydim...”
Ötən gün “Number One” mükafatlandırma mərasiminə qatılan müğənni Nadir Qafarzadə ona təqdim olunan mükafatdan imtina edib. Bu barədə “Kaspi”yə müğənnin özü məlumat verib. İfaçı buna səbəb təşkilatçılığın normal vəziyyətdə olmamasını göstərib: “Ötən gün xoşagəlməz bir nüansla qarşılaşdım. Belə ki, bir müddət öncə təşkilatçı məni özünün təsis etdiyi “Number One” mükafatının təqdim etmə mərasiminə çağırmışdı. Hörmətsizlik olmasın deyə ötən gün mükafat verilən məkana getdim. Məqsədim mükafat almaq deyildi. Sadəcə, bu tədbiri təşkil edənlərə qarşı bir jest idi. Bir sözlə, həmin tədbirə getdim. Amma kaş getməzdim. Çünki, təşkilatçılıq sıfır dərəcəsində idi. Ədalətsizlik də var idi. Çünki elə gənc müğənnilərə mükafat verirdilər ki, mən o sırada özümü görmədim. Buna baxmayaraq həmin gənclərə uğurlar arzulayıram. Mükafat alanlar sırasında hörmət etdiyim sənətçiləri də görmək olardı. Onlar mükafata layiq idi. Orda olan bəzi gənc müğənnilər söylədiyim fikirlərdən inciməsin. Mənim kimdənsə çəkinəcəyim yoxdur. Obyektiv sözümü hər zaman demişəm. Deyirəm, deyəcəm. Ötən gün ən böyük iradım, həmin tədbirin təşkilatçısına idi. İşə qarşı bu cür məsuliyyətsizlik olmaz. Təşkilatçılıq sıfır dərəcəsində idi. Qaldı, şou-biznesdə bütün nominasiyalarda “Nömrə-1” müğənni mükafatını mənə təqdim olunmasına, bunu istəmirəm, gərəksizdir. Özüm bilirəm ki, məndən yoxdur. Şou-biznesdə bir Nadir Qafarzadə var. O da mənəm. “Nömrə-1”mi hansısa təşkilatın verdiyi mükafatla təsdiqləmək niyyətində deyiləm. Bu mükafatı, mükafat alarkən sevincdən uçanlara, sosial şəbəkədəki səhifələrində fərəhlə paylaşanlara təqdim etmək gərəkdir. Bu qədər”. N.Qafarzadə daha sonra xəbərdarlıq etməyi də vacib bildi: “Xahiş edirəm bundan sonra məni bu cür təqdim etmə, mükafatlandırma mərasimlərinə dəvət etməyin. Xəbərdarlıq edirəm. Getməyəcəm. Məni narahat etməyin”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916