• cümə, 29 Mart, 11:18
  • Baku Bakı 5°C

Nadir Qafarzadə: ”Düşük insanları görəndə ətim tökülür”

22.10.13 14:45 1673
Nadir Qafarzadə: ”Düşük insanları görəndə ətim tökülür”
“Burada qala bilmədim, mənlik deyil. Bəlkə də başqalarına çox maraqlıdır. Amma açığı, bəzi düşük insanları görəndə mənim ətim tökülür”. Lent. az-ın məlumatına görə, bu sözləri İnstagram sosial şəbəkəsinə yenicə üzv olan müğənni Nadir Qafarzadə deyib.
Müğənni adı çəkilən sosial şəbəkədən qeydiyyatdan keçsə də artıq özünü virtual dünyada görmək istəmədiyini bəyan edib: “Sosial şəbəkədə özümü görmək istəmədim. Sözün açığı heç mənim orada oturmağa vaxtımda olmurdu. İşlərimin çox olmasından dolayı bura vaxt ayırmağıma imkanım yoxdu. Mən yeni layihələr üzərində işləyirəm. Sevənlərimi tezliklə sevindirəcəm”.
banner

Oxşar Xəbərlər