• çərşənbə, 24 Aprel, 13:24
  • Baku Bakı 27°C

Nadir Qafarzadə “cərimə meydançasındakı“ maşınından danışdı

23.07.14 15:19 1227
Nadir Qafarzadə “cərimə meydançasındakı“ maşınından danışdı
Müğənni Nadir Qafarzadə bir neçə gün öncə mətbuatda “90 BS 777” nömrə nişanlı, “Lexsus 570” markalı avtomobilinin yol polis əməkdaşları tərəfindən cərimə meydançasına aparılması xəbərinə aydınlıq gətirib. Hazırda Türkiyədə olan müğənni Lent.az-a bildirib ki, maşının cərimə meydançasına aparılması xəbəri həqiqətə uyğun deyil: “Xəbər oxudum ki, guya avtomobilimi cərimə meydançasına aparıblar. Açığı xəbəri oxuyub, güldüm. Belə bir şey olmayıb. Bu yalandır. Mən Türkiyədə, maşınım da qarajda, ustadadır. Deyəsən bütün şayiələr tükənib. Keçiblər maşınıma? Dəyərli media jurnalistlərindən xahiş edirəm ki, məlumatı yazmadan öncə araşdırasınız. Əgər belə bir şey varsa, etiraz etmirəm, yazın. Amma olmadan yazmaq, bu haqsızlıqdır. Bu cür söz-söhbətlərlə mənim istirahətimi pozma bilməz. İstirahətimi pozmaq istəyənlər varsa, onlara demək istəyirəm ki, alınmayacaq”.
banner

Oxşar Xəbərlər