• çərşənbə axşamı, 19 mart, 08:06
  • Baku Bakı 8°C

Naciye Selin Şenocak: 11 aprel seçkilərinin nəticələri Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək

19.03.18 14:45 598
Naciye Selin Şenocak: 11 aprel seçkilərinin nəticələri Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək
Aprelin 11-də keçiriləcək prezident seçkilərinin nəticələri Cənubi Qafqaz regionunda Avropa və Asiyanın strateji tərəfdaşı olan Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi baxımından mühüm siyasi hadisədir.
Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Paris Dövlət Universitetinin Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin Mədəni-Diplomatiya kafedrasının rəhbəri NaciyeSelin Şenocakdeyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı ilk illərdə müəyyən çətinliklərlə üzləşsə də, həyata keçirilən düzgün daxili və xarici siyasət sayəsində bu gün regionun lider dövlətinə çevrilib.
"Bu gün ən perspektivli qlobal enerji və nəqliyyat layihələri məhz Azərbaycanın təşəbbüsü ilə reallaşır. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur. Paytaxt Bakı isə beynəlxalq əhəmiyyət kəsb edən tədbirlərə ev sahibliyi edir. Azərbaycan qazandığı bu inkişafı, ən əsası isə sabitliyi qoruyub saxlamaqla dünyada önəmli iqtisadi güc kimi mövqeyini daha da möhkəmləndirə bilər”, - deyə NaciyeSelin Şenocakqeyd edib.
banner

Oxşar Xəbərlər