• cümə axşamı, 18 aprel, 23:56
  • Baku Bakı 21°C

Nabranda ayaqlarını itirmiş 3 yaşlı İmran yeni klinikada

25.11.13 17:50 1314
Nabranda ayaqlarını itirmiş 3 yaşlı İmran yeni klinikada
Almaniyanın "Şarite" Klinikalar Mərkəzinin uşaq cərrahiyə şöbəsində müalicə olunan 3 yaşlı İmran Cəfərzadə yeni xəstəxanaya yerləşdirilib. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarov azyaşlının vəziyyəti barədə APA TV-yə danışıb: "İmran Cəfərzadənin müalicəsi davam etdirilir. "Şarite” klinikasının göndərişi əsasında Drezden yaxınlığında "Bavariya" klinikasına yerləşdirilib. Orada onun üzərində fizioterapiya kursu keçirilir. Bu kurslar İmranın ayaqlarında bədbəxt hadisə zamanı yaranmış sınıqları reabilitasiya məqsədi daşıyır. Qopmuş ayağına protez qoyulması da gündəmdədir. Artıq ölçülər də götürülüb. Sadəcə olaraq, ayağındakı son millər çıxarılmalıdır. Bu da "Şarite" klinikasında aparılacaq".
Protez taxıldıqdan sonra fizioterapiya kursları davam etdiriləcək. Bundan sonra isə İmranın Azərbaycana gətirilməsi gündəmdə olacaq. Ailə ilə mütamadi olaraq, əlaqə saxlayan səfirliyimizdən İmranın vəziyyətinin yaxşı olduğunu bildiriblər: "İmran özünü yaxşı hiss edir. Ayaq üstə durmaq xaric uşağa məxsus normal həyat ritualları bərpa olunub".
İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir. O, bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.
banner

Oxşar Xəbərlər