• cümə, 26 Aprel, 20:41
  • Baku Bakı 22°C

“N brothers“ qrupunun rəhbəri qəzaya düşdü

14.11.13 13:45 1485
“N brothers“ qrupunun rəhbəri qəzaya düşdü
Mövqe.az-ın məlumatına görə, qrup rəhbəri ağır xəstəlikdən sonra avtomobil qəzasına düşüb. Avtomobili çox pis əzilən Namiq üzündən və bədəninin bir neçə yerindən ağır zədə alıb. Bu barədə heç kimə bir söz deməyən qrup rəhbəri ən pis günlərini evdə ailəsi ilə birlikdə keçirib.
Hətta ən yaxın dostlarına da bu barədə məlumat verməyən Namiq ona cadu olduğunu deyib: "Bəli, bir yaxın dostum mənə deməmiş şəklimi falçı yanına aparıb. Ona deyiblər ki, bu adamın hər iki tərəfdən yolu bağlıdır, cadu olunub. Düzdür, mən belə şeylərə inanmırdım. Ancaq bu işlər başıma gələndən sonra fikirlərim 50-50-yə dəyişib".
Qeyd edək ki, Namiq Qafarov şəklini falçıya aparan dostunun adını açıqlamasa da, onun Azərbaycan şou-biznesində çox məşhur biri olduğunu qeyd edib.
banner

Oxşar Xəbərlər