AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Myanmada toqquşmalar zamanı 6 nəfər ölüb

Myanmada toqquşmalar zamanı 6 nəfər ölüb

Təfsilat
28 Fevral 2021, 20:00 585
Bu gün Myanmanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.
 
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaları dağıtmağa çalışan təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ən azı 6 nəfər ölüb. 
Mandale şəhərində 1 nəfər, Baqo şəhərində 2, Yanqon şəhərində 3 nəfər polisin açdığı atəş nəticəsində həyatını itirib, 15 nəfər xəsarət alıb. 

Qeyd edək ki, fevralın 6-dan başlayan aksiyalarda hərbi çevrilişə qarşı şüarlar səsləndirilir, ölkənin seçilmiş lideri Aunq San Su Çji və digər rəsmilərin azadlığa buraxılması tələb olunur.