MY-yə keçməyəcək, “Liverpul”a hörmət əlaməti olaraq

MY-yə keçməyəcək, “Liverpul”a hörmət əlaməti olaraq

İdman
18 İyun 2019, 12:37 200
"Mançester Yunayted” "Barselona”nın futbolçusu Filippe Koutinoya maraq göstərsə də, böyük ehtimalla onu heyətə cəlb edə bilməyəcək. 
 
Kaspi.az xəbər  verir ki, Koutinyo "Mançester Yunayted”ə keçmək niyyətində deyil. O,  bunu "Liverpul”a hörmət əlaməti olaraq etməyəcək. 
 
MY Pol Poqba gedəcəyi təqdirdə, Koutinonu  transfer etməyi planlaşdırırdı. Onun "Barselona” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. 
 
Koutino "Liverpul”da 2013-2018-ci illərdə çıxış edib. O, "Barsa”da keçirdiyi 54 oyunda 11 qol vurub, 5 qol ötürməsi edib.