• cümə, 29 Mart, 14:10
  • Baku Bakı 14°C

MY titul qazanmadı, amma hamını üstələdi

14.06.18 12:15 696
MY titul qazanmadı, amma hamını üstələdi
Məşhur "Forbes” jurnalı dünyanın ən bahalı klublarının siyahısını açıqlayıb.
Kaspi.az xəbər verir ki, "Mançester Yunayted” ikinci il dalbadal jurnalın siyahısında ən bahalı klub olub. MY bu mövsüm heç bir titul qazana bilməsə də, "Barselona” və "Real”ı geridə qoyub.
Jurnal "Mançester Yunayted”i 3,511 milyard avro dəyərində qiymətləndirib. 2017-ci ildə isə bu rəqəm 3,143 milyard avro olmuşdu.
İkinci yerdə "Real” qərarlaşıb - 3,482 milyard. "Barselona” dünyanın ən bahalı üçüncü klubu olub - 3,461.
4. "Bavariya” - 2,608
5. "Mançester Siti” - 2,107
6. "Arsenal” - 1,906
7. "Çelsi” - 1,755
8. "Liverpul” - 1,655
9. "Yuventus” - 1,253
10. "Tottenhem” - 1,053.
banner

Oxşar Xəbərlər