• cümə, 29 Mart, 12:59
  • Baku Bakı 14°C

MY Onu dünyanın ən bahalı müdafiəçisi edəcək

28.07.18 10:30 726
MY Onu dünyanın ən bahalı müdafiəçisi edəcək
"Mançester Yunayted” "Lester”in müdafiəçisi Harri Maquayrı transfer etməyi planlaşdırır.
Kaspi.az xəbər verir ki, İngiltərə yığmasının da üzvü olan müdafiəçini almağı MY-nin baş məşqçisi Joze Mourinyo istəyir. "Lester” Harri üçün 89 milyon avro tələb edib.
"Mançester Yunayted”in bu məbləği ödəyəcəyi gözlənilir. Belə olacağı təqdirdə, Maquayr dünyanın ən bahalı müdafiəçisi olacaq.
"Mançester Yunayted”in vitse-prezidenti Ed Vurvord artıq futbolçu ilə görüşüb və şərtləri müzakirə ediblər. İngiltərədə transfer pəncərəsi avqustun 9-da bağlanır.
banner

Oxşar Xəbərlər