• cümə, 19 Aprel, 02:39
  • Baku Bakı 18°C

MY onu alacaq - De Xea getsə

02.05.17 13:35 1043
MY onu alacaq - De Xea getsə
"Mançester Yunayted”in qapıçısı David de Xeanın "Real”a keçmək ehtimalı artır.
Kaspi.az xəbər verir ki, "qırmızı şeytanlar” onun gedişini nəzərə alaraq, yeni qapıçı axtarışlarına başlayıblar. İngiltərə mətbuatının yaydığı məlumata görə, "Mançester Yunayted” "Lester”in qapıçısı Kasper Şmeyxeli transfer etmək istəyir.
Şmeyxelin xidmətində bir neçə klub, o cümlədən "Mançester Siti” də maraqlıdı. "Lester”li "Triple S Management” kompaniyası ilə əməkdaşlığa son qoyub. Onun yeni agenti Luka Baskerinidi. Baskerinin isə "Mançester Yunayted”lə yaxşı əlaqələrinin olduğu bildirilir.
Şmeyxelin "Lester”lə qüvvədə olan müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. Onun transferi 8 milyon avro dəyərində qiymətləndirilir.
banner

Oxşar Xəbərlər