• şənbə, 20 Aprel, 13:40
  • Baku Bakı 23°C

MY-nin sabiq futbolçusu keşiş oldu

10.07.17 14:40 1019
MY-nin sabiq futbolçusu keşiş oldu
"Mançester Yunayted”in və Şimali İrlandiya yığmasının sabiq futbolçusu Filip Marlin keşiş olub.
Kaspi.az xəbər verir ki, Marlinin keşişliyə qəbul edilməsi üçün keçirilən mərasimə Romadan tanınmış ilahiyyatçı Cozef Avqustin gəlib.
Filip "Mançester Yunayted”in akademiyasının yetirməsidir. Ancaq o, komandanın əsas heyətində cəmisi bir oyun keçirib.
Marlin karyerasının əsas hissəsində "Norviç”də çıxış edib. O, Şimali İrlandiya yığmasında 1997-2007-ci illərdə oynayıb.
Filip karyerasını 2008-ci ildə bitirib.
banner

Oxşar Xəbərlər