• şənbə, 20 Aprel, 04:51
  • Baku Bakı 15°C

“MY-ni mənsiz, məni də onlarsız uğur gözləyir”

20.12.18 13:10 604
“MY-ni mənsiz, məni də onlarsız uğur gözləyir”
Joze Mourinyo "Mançester Yunayted”dən qovulduqdan sonra ilk açıqlamasını verib.
Kaspi.az xəbər verir ki, işsiz qalması portuqal mütəxəssisi o ədər də narahat etmir. Hər halda, onun açıqlamasından belə hiss olunur ki, Joze yeni iş tapmaqda çətinlik çəkməyəcək:
"Xeyli yaxşı və yaxşı olmayan məqamlar barədə danışa bilərəm. Ancaq mən belə deyiləm. Hər şey bitdi. MY-ni mənsiz, məni də onlarsız uğur gözləyir.
Hisslərimi indi kiminləsə niyə bölüşməliyəm? Paltardəyişmə otağında baş verənləri ictimailəşdirən, günahkar axtaran məşqçiləri həmişə tənqid etmişəm. Mən isə belə deyiləm.
Hələlik futbola qayıtmayacağam. Hesab edirəm ki, hazırda yaşadığım kimi yaşamağı da haqq etmişəm. Bu, mənim istədiyimdir. "Mançester Yunayted” isə artıq keçmişdir”.
banner

Oxşar Xəbərlər