• cümə, 29 Mart, 19:10
  • Baku Bakı 14°C

MY Mata ilə müqaviləni uzatdı

31.01.18 12:10 670
MY Mata ilə müqaviləni uzatdı
Xuan Mata "Mançester Yunayted”lə müqaviləsini uzadıb.
Kaspi.az xəbər verir ki, Matanın qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatırdı. İspan futbolçu ilə müqavilə 2019-cu ilin yayına qədər uzadılıb. Bu barədə məlumatı "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo verib:
"Mate bizim üçün vacib oyunçudur. O, həm mənim üçün, həm klub üçün, həm də komanda yoldaşları üçün əhəmiyyətli fiqurdur.
Biz onunla müqaviləni bir il müddətinə uzatdıq”.
İspaniyalı xavbek MY-nin şərəfini 2014-cü ildən qoruyur. O, cari mövsümdə Premyer Liqada 19 oyun keçirib, 3 qol vurub, 3 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər