• cümə axşamı, 18 aprel, 17:31
  • Baku Bakı 22°C

MY-in skautları “Qarabağ”ın rəqibini izlədi

18.09.17 13:20 1271
MY-in skautları “Qarabağ”ın rəqibini izlədi
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Roma”nın futbolçusu Raca Naynqqolan "Mançester Yunayted”in diqqət mərkəzindədir.
Kaspi.az xəbər verir ki, MY bu futbolçunu transfer etməyi planlaşdırır. "Qırmızı şeytanlar”ın skautları futbolçunu yaxından izləmək üçün "Roma”nın oyununda olublar.
"Mançester Yunayted” 29 yaşlı Naynqqolanı 36 yaşlı Maykl Karrikin yerinə transfer etmək istəyir. MY yay transfer dönəmində buna cəhd göstərsə də, nail ola bilməmişdi.
"Roma” liderlərindən olan futbolçunu 45 milyon avroya satmaqdan imtina etmişdi. Ona olan marağı nəzərə alan rəhbərlik Naynqqolanla müqaviləni uzatmışdı.
banner

Oxşar Xəbərlər