• cümə, 26 Aprel, 12:56
  • Baku Bakı 23°C

Mövlud Çavuşoğlu: “Terrorçuların islamı əllərində vasitəyə çevrilməsinə imkan verməyəcəyik”

30.11.17 13:10 1126
Mövlud Çavuşoğlu: “Terrorçuların islamı əllərində vasitəyə çevrilməsinə imkan verməyəcəyik”
"Bu üçlü mexanizmin qurulmasından çox məmnunuq”.
APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
O bildirib ki, toplantının məqsədi ölkələr arasında əlaqələri daha inkişaf etdirməyin yollarını tapmaqdır: "Ticarət dövriyyəsi ölkələrimiz arasında daha da inkişaf etdirilməlidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığı gücləndirə bilərik. Bu sahədə rəqib deyilik, əksinə bir-birimizi tamamlayırıq. Bu formata parlamentariləri də cəlb etmək qərarına gəldik. Qarabağ Kəşmir və Kipr məsələsinin həllində daha çox həmrəy olmalı və bir-birimizə dəstək zamanı heç nədən çəkinməməliyik. Biz Qarabağ və Kəşmir məsələsində qardaş Azərbaycan və qardaş Pakistanın daim yanındayıq. Pakistan və Türkiyə bir sıra terror təşkilatları ilə eyni anda mübarizə aparır. Bu terrorçuların islamı əllərində vasitəyə çevrilməsinə imkan verməyəcəyik. Sabah Azərbaycan "Asiyanın ürəyi - İstanbul prosesi”nə ev sahibliyi edəcək. Azərbaycan dünyada getdikcə rolunu daha da gücləndirir. Bu formatı gələcəkdə prezidentlər səviyyəsinə qaldırmağı düşünürük".
banner

Oxşar Xəbərlər