• cümə axşamı, 25 aprel, 03:53
  • Baku Bakı 19°C

Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir

29.09.20 17:00 508
Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir
Dağlıq Qarabağ münaqişəsinin təkcə bir yolu var : Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir.
AZƏRTACxəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu jurnalistlərə müsahibəsində ifadə edib.
Nazir diqqətə çatdırıb ki, bu münaqişədə Azərbaycan və Ermənistana münasibət eyni ola bilməz. Çünki Ermənistan təcavüzkar tərəfdir, Azərbaycanın ərazisinin bir hissəsi işğal olunub. Döyüş meydanında və danışıqlar masasında Azərbaycanın yanındayıq. Bu məsələnin birdəfəlik həll olunmasını istəyirik.
Qeyd edək ki, sentyabrın 29-da Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədr müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər.

banner

Oxşar Xəbərlər