• cümə axşamı, 28 mart, 20:16
  • Baku Bakı 13°C

Mövlud Çavuşoğlu: "Azərbaycanla Qazaxıstan bu işdə müsbət rol oynayıb"

01.07.16 16:19 1203
Mövlud Çavuşoğlu: "Azərbaycanla Qazaxıstan bu işdə müsbət rol oynayıb"
"Azərbaycan və Qazaxıstan Türkiyə-Rusiya münasibətlərinin normallaşması prosesində hər zaman müsbət rol oynayıb”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə jurnalistlərə deyib.O bildirib ki, Azərbaycan və Qazaxıstan rəhbərliyi hər zaman konstruktiv rol oynayıb. Nazir qeyd edib ki, İsrailin baş naziri Benyamin Netenyahu Moskva və Ankara münasibətlərinin normallaşması prosesinə cəlb olunmayıb.

Qeyd edək ki, bu gün Soçidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin görüşü çərçivəsində Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu bir araya gəliblər.
banner

Oxşar Xəbərlər